SİZİN REKLAM BURADA!
055 213 76 73



Ağır atletimiz Rüstəm İmamzadə yeniyetmələr arasında Avropa rekordunu yeniləmək istəyərkən fiziki qabiliyyətini itirib. Rüstəm 124 kq sifariş verib. Təəssüf ki, Rüstəmin bu cəhdi alınmayıb. Həmin an əslində nə baş verib?

BAKU.WS-in Rüstəm İmamzadə ilə maraqlı müsahibəsini təqdim edirik

Başınıza gələn həmin bədbəxt hadisəni necə xatırlayırsınız?
Bu hadisə Avropa çempionatı zamanı 2014-cü ilin noyabrın 23-də baş verib. 148 kq qaldırarkən qolum qırılaraq belimə ştanq düşüb.

Azərbaycan Ağır Atletika Federasiyası sizə dərhal yardım göstərdimi?
Göstərilirdi. Sadəcə bir gün əməliyyatım yubadıldı. Bu səsəbdən sağalmağım bir az gecləşdi. Həmin an əməliyyat olunsaydım düzəlmək şansım daha çox idi. Bəlkə də məşq də edirdim indi.

İndiyədək Federasiyadan lazımi qədər yardım almısınızmı?
Bir müddətə qədər Federasiyadan yardım alırdım. Sonrdan imkanın olmadığını dedilər.

İndiki sağlıq durumunuz nə yerdədir?
İndiki sağlıq durumun əvvəlkindən qat-qat yaxşıdır. Gündən-günə daha da irəliyə gedir. Gündən-günə düzəlmə şansım daha çoxalır. Sadəcə bəzi həkimlərin tapşırdığı proseslər var. O proseslərdən sonra daha sağalmağım daha da tezləşə bilər.

Sonuncu əməliyyatınız necə keçdi?
2 ay bundan qabaq Avstryanın Vyana şəhərində əməliyyat olunmuşam. Klubumun prezidenti Tofiq Heydərov köməklik göstərib. Əməliyyatım çox uğurlu keçdi. Həkimlər bəzi proseslər tapşırdı. 6 ay ərzində o preslərdən sonra daha yaxşılaşacaöımı dedilər.

İndiyədək hansısa filmdə rol almısınızmı?
Bizim klubun sayt reklamlarında gösərirdilər məni. Türkiyədən dəvətlər gəlirdi mən Türkiyədə olduğum zaman. Amma müalicəm baxımından gedə bilməmişəm.

Gününüz necə keçir?
Fitneslə məşğul oluram. Çalışdığım qədər öz əzələlərimi gücləndirməyə çalışıram.

Federasiya ilə əlaqəniz ən son nə zaman olub?
Axrıcı dəfə 1il yarım 2 il arasında əlaqəm olub. Yəni imkan baxımıdan artıq kömək edə bilməyəcəyimizi dedilər. Ondan sonra klubumuzun prezidenti dedi ki, mən hər şeyi öz üzərimə götürürəm. Sonra onundan maddi cəhətdən problemləri oldu bu da mülicəmə təsir göstərdi. Müəyyən qədər əksikliklər oldu.

Federasiya tərəfindən yaşca böyük görünməyiniz üçün sizə qadağan olunmuş maddə qəbul etdirirdilərmi?
O maddəni qəbul etmək məcburi idi əslində. Yəni bir idmanşı qabağa getmək istəyoirsə onu qəbul etməlidir.

İndiki tələbiniz nədir?
Sadəcə diqqətlərini mənim üzərimdən götürməsələr daha yaxşı olar.

İdmançılara özünü qorumaq üçün məsləhətiniz nə olardı?
Məsləhət görərdim ki, şəxsi məşqçilərin dediyi sözlərə qulaq assınlar. Hər deyilənə inanmasınlar. Daha yaxşı pul mükafatı veriləcək deyə onları başdan aldadanlara inanıb, çoxlu yarışlara getməsinlər. Ard-arda yarışlarda çıxış etməsinlər. Daha çox diqqətli olsunlar. Hər deyilənə inanmasınlar.

Gəzə bilməməyinə səbəb olan yarışa çıxmağa məcbur idin?
Demək olar ki, məcbur idim. Bizdə belə bir şey var ki, Federasiyanın dediyini əməl etməsən deyəcəklər ki, ya maaşını kəsəciyik ya yarışlara sizə aparmayacağıq deyib idmandan uzaqlaşdırırlar.

Yarışlara görə sığortalanma olmuşdu?
Bu günə kimi hansısa bir siğorta sənədinə imza atdığımı heç xatırlamıram. Elə bir şey olmayıb.

İlk əməliyyatın harda oldu və Federasiya sizə necə kömək etdi?
İlk əməliyyatım elə yarış olan yerdə oldu. Cahangir müəllim əməliyyat xərclərimi ödədi.

Federasiyadan xahişin nədir?
Ümid edirəm ki, Federasiya və Klubumnuz həkimlərin tapşırdığı bəzi müalicələrə kömək edəcəklər axıra kimi və hər şey daha yaxşı olacaq.

Maaş və təqaüd alırsınızmı?
2 aya qədər 800 manat maaş alırdım. 300 manat Federasiyadan 500 manat isə Zirvə Klubdan. İndi o 500 manatın maddi cəhətdən problem olduğu üçün kəsildiyini dedilər. Amma 300 manatı alıram.

Söhbətləşdi: Zümrüd Cavadova
Operator: Çinarə Vahabzadə
BAKU.WS