SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün redaksiyamıza zəng edən oxuculardan biri Xırdalan şəhərinin düz mərkəzində - Heydər Əliyev prospektində aparılan təmir işləri ilə bağlı şikayətini bildirib.

BAKU.WS Virtualaz.org saytına istinadən xəbər verir ki, sakinin sözlərinə görə, tez-tez işıqları kəsilən, kanalizasiya sularının bəzi yerlərdə küçəyə axdığı və suyun mütəmadi olaraq kəsildiyi bu şəhərdə nəyə görəsə yolun ortasındakı tamamilə yeni “bordür”ları çıxarıb, yerinə yenilərini basdırırlar.

Sakinlər deyir ki, bu heç bir zərurət olmayan təmir “əməliyyatı”na çəkilən xərci şəhərin hər hansı başqa probleminin həllinə yönəltmək daha məqsədəuyğun olardı.

Oxucunun əyanilik üçün çəkib göndərdiyi fotoşəkilləri diqqətinizə çatdırırıq.

Bu arada, təmir işlərini həyata keçirən qurumun fikrini öyrənmək oxucularımız üçün də maraqlı olardı.

BAKU.WS