SİZİN REKLAM BURADA!
055 213 76 73



"Altes" mənə məktub göndərib ki, siz mənzilinizdə elə təmir etmisiniz ki, binanın zəlzələyə davamı azalıb. Deməli, bunlar binamızın damında qanunsuz olaraq əlavə tikinti aparıblar. Divarlar hələ də sökülməyib. Binaya əlavə güc düşüb. Bu, zəlzələyə davamı azaltmır. Mən mənzilimdə təmir etməyim zəlzələyə davamı azaldır".


BAKU.WS-in məlumatına görə, bu sözləri tanınmış jurnalist, media eksperti Azər Qərib şəxsi Facebook hesabında yazıb. Onun sözlərinə görə, "Altes" onu məhkəmə ilə və hüquq-mühafizə orqanları ilə qorxudur:

"Söz verirəm ki, ən səs-küylü proseslərdən biri olacaq, "Altes"in nə ki qanunsuzluğları, nə ki dələduzluğları, nə ki yalanları, nə ki şübhəli əməlləri var, hamısı üzə çıxacaq. Mən isə vəkillərlə danışığlarımı yekunlaşdırıram, yaxın zamanda məhkəməyə müraciət edəcəm.

Eyni zamanda, evin altında olan dərman skladında yoxlamaları tələb edəcəm, orada kimyavı ekspertiza tələb edəcəm və binanın damında həmin o qanunsuz divarların sökülməsini tələb edəcəm.

Bununla yanaşı, Altes tərəfindən layihə rəhbərlərinə edilən təziqdən və digər marağlı faktlar haqda izləyicilərimi məlumatlandıracam.
Bu tək mənim davam deyil, bu tikinti şirkətləri tərəfindən minlərlə aldadılmış vətəndaşların davasıdır, mənzil alıb illərlə kupça ala bilməyənlərin davasıdır.

Mənə "Altes"in digər evlərində yaşayan sakinlərdən müraciətlər daxil olur. Onlar da mənim bu lokal mübarizəmə qoşulmaq istəyirlər. "Altes" tərəfindən aldadıqlarını deyirlər. Məhkəməyə kollektiv olaraq müraciət etməyi təklif edirlər.

Mən razı, sadəcə ərazi problemi var. Mən Yasamal rayonunda yaşayıram. Onların bəziləri isə Nəsimi rayonunda yaşayır. Bu isə müəyyən prosedur qaydaları ilə düz gəlmir.

Ona görə, biraz gözləmələrini rica edirəm. Qoy mən bu hüquqi məsələlərini tam araşdırım. Ola bilsin ki, eyni vaxtda bir neçə rayon məhkəməsinə müraciət etdik".

BAKU.WS