VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tərtərdə ailə olduğu halda başqa qızı qaçırmaqda ittiham olunan Vahid Qasımov məsələ ilə bağlı açıqlama verib.

BAKU.WS bakupost.az-a istinadən xəbər verir ki, O,sosial şəbəkələrdə keçmiş həyat yoldaşı barəsində ittihamlar irəli sürüb və qız qaçırmasına haqq qazandırıb:

"9 ay idi ki, çıxıb anasının yanına getmişdi. Heç ailəsindən xəbəri yox idi. Ailə kimi davranmırdı. Məni ailəmdən ayırmaq istəyirdi. Deyirdi ki, gedək ayrı yerdə qalaq. Mən sənin valideyninə baxmaq istəmirəm.

Mən o insana insan kimi, ailə kimi hörmət qoyurdum. Amma qarşı tərəfin görmək mənə xoş gəlmədi. Mən nə hərəkət etmişəmsə, ona da layiqdir.

O qadın öz ailəsindən xəbərsiz, xəlvəti olaraq mollalarda gəzirdi. Evdə söz-söhbət düşən kimi girib otağa qapını bağlayıb qolunu kəsirdi. Sizcə bu insanla yaşamaq olar? Mənim qız qaçırmağım ona niyə pis gəlir ki? O buna layiqiydi”.

O, həyat yoldaşıyla münasibətlərinin çoxdan soyuduğunu, buna görə də başqa biri ilə evlənmək qərarı verdiyini deyib: "Mən hansısa marağa görə qız qaçırmamışam. O qadınla münasibətim soyuduğuna görə başqa qadınla ailə qurmaq fikrindəydim və qurdum. İndi çox xoşbəxtəm. O insan da çalışsın düz danışsın”.

BAKU.WS