VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında İdarənin "Qoşa Təpə” gömrük postunda İran İslam Respublikası, Azərbaycan Respublikası və Gürcüstan ərazilərindən tranzit keçməklə İraq Respublikasından Türkiyə Respublikasına yüksüz gedən Türkiyə Respublikası  vətəndaşı Yıldırım Süleymanın idarə etdiyi "VOLVO” markalı 47 PC 821/33 AS 368  nömrə  nişanlı soyuducu  yük  avtomobili saxlanilib.

Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, Gömrük və sərhəd xidməti əməkdaşları birgə yük  avtomobilinəəsaslı baxış keçirilib.
 
Baxış zamanı avtomobilin qoşqusunun sağ tərəfdən aşağı hissəsindəki metal lövhələrə fiziki müdaxilə olunduğu nəzərə çarpıb. Sonra həmin metal lövhələr açılıb və lövhələrin arxasında, qoşqunun döşəməsinin alt hissəsindəki boşluqlardan malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan aksiz markası ilə markalanmamış, 800 ədəd
üzərində  "GSS”, 1800 ədəd üzərində  "Brilliant”,  5000 ədəd üzərində  "OSCAR”, 6000 ədəd üzərində  "KİNG”, 8000 ədəd üzərində  "MM” və 408000 ədəd üzərində  "Victory” yazısı olan, ümumilikdə 429600 ədəd siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.