VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı Beynəlxalq Avtovağzalında kassalarda 5.50 AZN-ə satılan biletləri rayonlara işləyən avtobusların sürücüləri 8 AZN-dən vətəndaşlara satır.

Belə iddia ilə BAKU.WS-ə müraciət edən vətəndaş Rəqsanə Bayramova ötən gün Gəncəyə getmək istəyərkən avtovağzalda bu mənzərə ilə qarşılaşdığını bildirir.

"Dünən Gəncə şəhərinə getmək üçün saat 13:30-da Bakı Beynəlxalq Avtovağzalına gəldik. Bilet almaq üçün 13 və 14 nömrəli kassaya yaxınlaşdım. Yaxınlaşan zaman bir oğlanın kassirlə dava etdiyini gördüm. Nə baş verdiyini soruşdum. Aydın oldu ki, kassada bilet yoxdur. Camaatı isə "kompüter xarab olub  və saat 16-a bilet verə bilərik ancaq" deyərək aldadırlar. İşçilər vətəndaşa doğru-dürüst cavab vermirlər. Məcbur qalıb sürücüdən bilet aldıq”, deyə şikayətçi qeyd edir.
 
Onun sözlərinə görə, avtobus sürücüsü  5.50 AZN-lik bileti, vətəndaşlara 8 AZN-dən satır: "Kassada 5.50 manat olan bilet niyə 8 manatdan satılır? Kassalar və sürücülər əlbir olub quldurluq edirlər. Kassirlər biletləri öncədən sürücülərə satırlar. Sürücülər isə istədikləri qiymətə satırlar. Aidiyyatı qurumlara səslənirəm: bu özbaşınalığa son qoyun!”
 
BAKU.WS