SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Bakı sakini paytaxt zooparkına dişi bəbir bağışlayıb. 

BAKU.WS-in məlumatına görə, bu barədə "Sputnik Azərbaycan”a Bakı Zooloji Parkın direktoru Azər Hüseynov bildirib. 

Bəbir dörd aylıqdır. İki həftə bundan öncə zooparka gətirilən heyvan artıq volyerin şəraitinə alışıb. Hüseynovun sözlərinə görə, bəbiri hədiyyə verən şəxs adının gizli saxlanılmasını xahiş edib. Məlum olub ki, zooparkın ilk bəbirini də zooparka dörd il öncə Bakı sakini bağışlamışdı. 

Hüseynov qeyd edib ki, şəhər sakinlərinin heyvanı haradan əldə etdiklərini bilmir. Amma o, heyvanları Bakı zoozparkına bağışlayan şəxsləri müsbət xarakterizə edib, belə ki, həmin şəxslər zooparka nadir heyvan növlərini hədiyyə ediblər. (oxu.az)
 
Murad Səmədov
BAKU.WS