SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xeyli müddətdir vəzifədən gedəcəyi bildirilən Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov rəhbərlik etdiyi qurumda "təmizlik işləri"nə başlayıb.

BAKU.WS "Ölkə.Az"-a istinadən xəbər verir ki, son bir həftədə Şükürov idarənin bir neçə məsul əməkdaşını işdən uzaqlaşdırılıb. Qeyd edilir ki, yaxın günlərdə daha bir neçə əməkdaş yola salınacaq. Mənbə bildirir ki, rəis artıq işdəki yaxın çevrəsinə güvənmir və onları uzaqlaşdırmaqda qərarlıdır.

Xatırladaq ki, SOCAR prezidenti Rövnəq Abdullayevlə yaxın olduğu deyilən idarə rəisi bir neçə ay öncə qızına etdiyi 400 minlik toyla gündəmə gəlmişdi.

Əməkdaşımız məsələylə bağlı Qüdrət Şükürovun özüylə əlaqə saxlayıb. İdarə rəisi xəbəri nə təsdiq, nə də təkzib edib: "Siz nə danışırsız e".
 
BAKU.WS