SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Azərbaycanda iş məsələsində cinsi azlıqlarla bağlı hər hansı məhdudiyyət yoxdur”.

"Report”un xəbərinə görə, bunu Azərbaycanın Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda təşkil etdiyi "Avropa sosial xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların mühkəmləndirilməsi” milli parlament seminarında deyib.

"Azərbaycan qanunvericiliyində cinsi azlıqlar üçün hər hansı bir məhdudiyyət yoxdur və işə götürülərkən cinsi oriyentasiya soruşulmur. Yəni, qanunda belə bir məhdudiyyət yoxdur. Hər bir şəxsin hansı cinsə məxsus olmasından asılı olmayaraq istədiyi vəzifəni tutmaq hüququ var. O, özü bildirməyənə qədər heç kim bilməyəcək ki, onun cinsi nədir”, - deyə, nazir əlavə edib.
 
BAKU.WS