» » Bakıda pomidor 3 dəfə ucuzlaşdı (VİDEO)


19-05-2017 | 18:20

  • 1 618

Bakıda pomidor 3 dəfə ucuzlaşdı (VİDEO)

Rusiya-Azərbaycan sərhədindəki Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində Azərbaycandan keçib bu ölkəyə gedən ağırtonnajlı yük avtomobilləri üçün daşınan yüklərin çəkisinə nəzarət gücləndirilib. İlk baxışdan qəribə də olsa bunun nəticəsində Bakı bazarlarında pomidorun qiyməti qəfildən kəskin aşağı düşüb.

BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya-Azərbaycan sərhədində Azərbaycandan keçib gedən TIR-lar üçün çəki nəzarətinin tətbiq olunması Dağıstanda bir aydan çox tətil edən TIR sürücülərinin hökumətin qarşısında qoyduğu tələblərdən biri idi. Dağıstanlı TIR sürücüləri əslində "Platon sistemi"inə etiraz olaraq tətilə başlamışdılar və bu aksiya nəticəsində Azərbaycandan Rusiyaya (o cümlədən geriyə) yükdaşımalar həftələr boyu faktiki dayanmışdı. Çünki dağıstanlı sürücülər Azərbaycandan olan TIR sürücülərinin də aksiyaya qoşulmasını tələb edirdi.

Nəhayət dağıstanlı sürücülərin tətili yerli hökumətlə danışıqlardan sonra dayandırıldı. Dağıstan hökuməti "Platon sistemi"inin ləğvinə dair sürücülərin əsas tələbini yerinə yetirmək səlahiyyətində olmasa da Azərbaycanla sərhəddə çəki nəzarətinin gücləndirilməsini təmin etməyə söz verdi. Çünki dağıstanlı sürücülər bildirirdi ki, Azərbaycandan gedən TIR-lar yükü normadan artıq vururlar və nəticədə haqsız rəqabət yaranır.

Mayın 11-də Dağıstan hökumətinin iclasında tətil etmiş sürücülərlə razılaşmaların yerinə yetirilməsi məsələləri müzakirə olunub. Nazirlər kabinetinin sədri Abdusamid Həmidovun sədrliyi ilə keçirilən iclasda Azərbaycanla sərhəddəki postlarda çəki nəzarəti avadanlıqlarının təkmilləşdirilməsi barədə göstərişlər verilib. Qərara alınıb ki, normadan artıq yük daşıyan avtomobillərlə bağlı məsələ respublika ərazisində nizamlanacaq.

Və belə görünür ki, həmin müşavirədən sonra Dağıstanın Azərbaycanla sərhəddəki nəzarət postlarında TIR-ların daşıdığı yüklə bağlı çəki nəzarəti gücləndirilib. Virtualaz.org əməkdaşı Rusiyaya pomidor ixrac edən sahibkarlardan biriylə söhbətləşib, mənbə deyib ki, bir neçə gündür 23 tondan artıq yük vuran Azərbaycan maşınları Rusiyaya buraxılmır. 

Nəticədə Azərbaycandan Rusiyaya pomidor daşıyan və normadan artıq yük vuran avtomobillərdən yükün artıq hissəsi boşaldılır, Rusiyaya ixrac olunmaq üçün qablaşdırılmış pomidorlar daxili bazara yönəldilir. Və bunun nəticəsində cəmi bir neçə gün əvvəl Bakı bazarlarında kiloqramı 4-5 manata satılan pomidor 3 dəfə ucuzlaşıb, hazırda kiloqramı 1 manat 30 qəpik-1 manat 50 qəpik arasında dəyişir.

Sahibkarın dediyinə görə, onlar yükü əvvəlcədən qablaşdırmışdılar və Rusiyaya yola salmaq üçün yükləyəndə məlum olub ki, sərhəddə çəki nəzarəti gücləndirilib. Nəticədə daşınma xərclərinin artması sahibkarların Rusiyaya ixrac etdikləri pomidordan əldə edəcəkləri gəlirə təsir edib, onlar malın artıq hissəsini daxili bazarlara yönəldiblər.
 
BAKU.WS 

GÜNÜN XƏBƏRLƏRİ


16 Августа
15 Августа
Top XəbərlərЛучшее на сайте
5 nəfər tərəfindən zorlanan məktəbli qız: “Mən 3 il idi zorlanırdım, amma...” - AZƏRBAYCANDA DƏHŞƏT 5 nəfər tərəfindən zorlanan məktəbli qız: “Mən 3 il idi zorlanırdım, amma...” - AZƏRBAYCANDA DƏHŞƏT Hadisə İcra başçısının müavini təyin edilən gənc qız kimdir? - FOTO İcra başçısının müavini təyin edilən gənc qız kimdir? - FOTO Siyasət Bütün dünya ŞOKDA — Yerin altında 17 il yaşayan şaxtaçı sağ tapıldı Bütün dünya ŞOKDA — Yerin altında 17 il yaşayan şaxtaçı sağ tapıldı Hadisə Şəhid anası: “Oğlumun nişanlısı 6 ay bizdən əl çəkmədi, sonra dözmədi, Azərbaycandan köçüb getdi” – REPORTAJ, FOTO Şəhid anası: “Oğlumun nişanlısı 6 ay bizdən əl çəkmədi, sonra dözmədi, Azərbaycandan köçüb getdi” – REPORTAJ, FOTO Sosial Bakıda maşın alverçilərinin daha bir fırıldağı ifşa edildi Bakıda maşın alverçilərinin daha bir fırıldağı ifşa edildi Sosial Cəbhədə erməni əsgər başından belə vuruldu (VİDEO) Cəbhədə erməni əsgər başından belə vuruldu (VİDEO) Əsas Xəbər / Qarabağ Səbuhi Xanlarovun həyat yoldaşı dünyasını dəyişdi Səbuhi Xanlarovun həyat yoldaşı dünyasını dəyişdi Şou-biznes Məşhur aktyor illər sonra üzə çıxdı: Məşhur aktyor illər sonra üzə çıxdı: "Qızım xəstədir, ailəmi dolandıra bilmirəm" - FOTO Həyat tərzi Səbuhi Xanlarov özünü reklam etmək üçün arvadını yalandan öldürdü Səbuhi Xanlarov özünü reklam etmək üçün arvadını yalandan öldürdü Şou-biznes / Sosial General hərbi qiyam ərəfəsində Azərbaycanda kimə zəng vurduğunu açıqladı General hərbi qiyam ərəfəsində Azərbaycanda kimə zəng vurduğunu açıqladı Əsas Xəbər / Siyasət Qadının bikinidə namaz qılması hamını şoka saldı (VİDEO) Qadının bikinidə namaz qılması hamını şoka saldı (VİDEO) Həyat tərzi / Video / Sosial Öldüyü deyilən aktrisanın görüntüləri yayıldı – VİDEO Öldüyü deyilən aktrisanın görüntüləri yayıldı – VİDEO Əsas Xəbər / Həyat tərzi Şamaxıda içində 8 nəfər olan avtomobil 70 metr hündürlükdən dərəyə aşıb Şamaxıda içində 8 nəfər olan avtomobil 70 metr hündürlükdən dərəyə aşıb Hadisə Əli Həsənovun nəvəsinin Əli Həsənovun nəvəsinin "Gelandewagen"lə vurduğu yaralılardan üzücü xəbər Hadisə Ölüm xəbəri yayılan aktrisa ilə bağlı - ŞOK Təfərrüatlar Ölüm xəbəri yayılan aktrisa ilə bağlı - ŞOK Təfərrüatlar Həyat tərzi Gəlin maşını yolu kəsib pul istəyən uşağın üstündən keçdi (VİDEO) Gəlin maşını yolu kəsib pul istəyən uşağın üstündən keçdi (VİDEO) Hadisə / Video Nazir qızına toy etdi - müavini ilə quda oldu (VİDEO) Nazir qızına toy etdi - müavini ilə quda oldu (VİDEO) Əsas Xəbər / Həyat tərzi "Halal nemət min bərəkət" sosislərinin içindən görün nə çıxdı - FOTO Sosial Cırılmış pulları harada dəyişmək olar? Cırılmış pulları harada dəyişmək olar? İqtisadiyyat Bakıda DƏHŞƏT: Qadın bina evində 70 it saxlayır - VİDEO Bakıda DƏHŞƏT: Qadın bina evində 70 it saxlayır - VİDEO Hadisə / Video
Son əlavəПоследние публикации
Azərbaycandan evlənmək üçün apardığı qız qaçdı - VİDEO
16 август 2017

Azərbaycandan evlənmək üçün apardığı qız qaçdı - VİDEO

4 Həyat tərzi / Video
16 август 2017

"Qarabağ"ın qapıçısına dəvət

86 İdman
Gəncədə qadın oğlu tərəfindən döyülüb
16 август 2017

Gəncədə qadın oğlu tərəfindən döyülüb

33 Hadisə
Masallıda ana və iki azyaşlı övladı yandı
16 август 2017

Masallıda ana və iki azyaşlı övladı yandı

121 Hadisə
Azərbaycanda insan alveri edən 34 təhlükəli QADIN - VİDEO
16 август 2017

Azərbaycanda insan alveri edən 34 təhlükəli QADIN - VİDEO

1 304 Əsas Xəbər / Həyat tərzi / Video
Faytonçu Nazim xəstəliyindən DANIŞDI
16 август 2017

Faytonçu Nazim xəstəliyindən DANIŞDI

1 184 Şou-biznes
Manatın sabaha olan məzənnəsi açıqlandı
16 август 2017

Manatın sabaha olan məzənnəsi açıqlandı

348 İqtisadiyyat
Bulvarda faciə: Qadın özünü Xəzərə atdı
16 август 2017

Bulvarda faciə: Qadın özünü Xəzərə atdı

704 Hadisə