SİZİN REKLAM BURADA!
055 213 76 73


 
1999-cu ildə Türkiyədə fəaliyyətə başlayan "Molped" markası Azərbaycanda da uzun illərdir ki, tanınır. 

2016-cı ildə "Molped" firmasının strategiyasında, istehsal etdiyi məhsullarda o cümlədən də təqdim etdiyi kampaniyalarda köklü dəyişikliklər edildi. Belə ki, "Molped"in əsas strategiyalarından biri, "Molped mənə ən yaxın rəfiqəm qədər yaxındır” fikridir. Bundan başqa yeni texnologiyaların tətbiqi səbəbindən kompaniyanın təqdim etdiyi bütün məhsullarda köklü dəyişikliklər, həmçinin də gənc qızların çox bəyəndiyi rəngarənglik nəzər çarpır. 

"Molped" şirkəti məhsullarını daha yaxşı tanıtmaq məqsədilə 1 ay öncə İnstaqram səhifəsində Azərbaycana özəl qızlar arasında yarışmaya start verdi. Yarışmanın şərti isə çox sadə idi. Yarışmada iştrakşı olmaq üçün isə gənc qızlar ən yaxın rəfiqələri ilə çəkdirdikləri fotonu İnstaqram və Facebook səhifəsinə göndərməli idilər. 

Beləlikllə də 16 may tarixində "Molped" şirkəti sözügedən yarışmanın qalibləri, həmçinin də "Molped" istifadə edənlər, tanınmış bloqerlər və simaların iştrakı ilə əyləncə gecəsi təşkil etdi. "Molped" şirkətinin marka müdiri və bölgələr üzrə satış təmsilçisi Samira Kültür tədbiri açıq elan edərək tədbirin keçirilməsinin məqsədini açıqladı. 

Onun sözlərinə görə, tədbir həm müsabiqənin qalıblərinin, həmçinin də burda iştrak edən bütün molpedsevərlərin əylənməsi, yaxından tanış olması və hədiyyərəin təqdim edilməsi məqsədilə təşkil edilib. 

Tədbirin bir digər məqsədi isə gənc qızlara "Molped" məhsullarını tanıtmaq, onları şəxsi gigiyenalarına daha diqqətli davranmağı öyrətməkdir. Gecənin aparıcısı Azərbaycan teleməkanının tanınmış siması Aysel Quluzadə idi. Təşkil olunmuş gecədə qonaqların əylənmsi və səmərəli vaxt keçirməsi üçün hər bir şərait yaradılmışdı. Belə ki, tədbirin keçirildiyi məkanda vizajist, manikür və xına ustaları gələn qonaqları sərgilədikləri peşəkar işə qonaq edirdilər. 

Bayram əhval-ruhiyyəsində bəzədilmiş zalda həmçinin də şəkil çəkdirmək üçün müxtəlif fotogüşələr də yaradılmışdı. Bütün bunlar molpedin əyləncəli və rəngli dünyasını əks etdrmək və iştrakçıların əylənməsi üçün təşkil edilmişdi. Samira xanım qızların problemlərini dilə gətirmələrini və sosial şəbəkədə aktiv olmalalarına dilə gətirdi. Bunun əsas səsbəbi də gənc qızların utanmaları, kompleks yaşamalarıdi. 

"Molped gigyenik məhsul olduğu üçün onun haqda açıq-aşkar danışmaq istəmirlər. Bu da bizim işimizə çox təsir göstərir. Ən böyük problemimiz də budur. Bizim də əsas məqsədimiz odur ki, Azərbaycanda qızların utanmalarının, çəkinmələrinin qarşısını almaq və ürəkli olmalarını təmin etməkdir.” Samirə xanım gələcəkdə də Azərbaycana özəl bu cür yarışmaların və kampaniyaların təşkil ediləcəyini bildirərək "Molped" instaqram və Fasebook səhifələrinin, həmçinin də Youtube kanalında izləməyi tövsiyyə etdi. 

Gecənin digər qonaqları isə tanınmış bloqerlər instaqramda "Goldynana” adı ilə tanınan İnara Babayeva və "Caspianvoque” kimi məşhur Aynur Güzel idilər. Hər iki bloqer "Molped" ilə əməkdaşlıq etdiklərini bildirdilər. Onlar öz İnstaqram səhifələrindən "Molped"i öz təqibçilərinə də tövsiyyə etdiklərini və bir sıra digər məlumatları da paylaşdıqlarını bildirdilər. Bloqerlərin sözlərinə görə, işləyicilərinin bir çoxunun da onlara yazdıqlarından məlum olur ki, molpeddən istifadə edirlər və bundan çox məmnundurlar . 

"Biz görürük ki, Molped öz üzərində işləyir, çalışır ki, xanımlara daha da rahat olsun. Həmçinin də rahatlıqdan əlavə gözəllik də vacibdir. Qadınlar rəngləri xoşlayırlar. Buna görə də "Molped"in bu yeni rəngləri qızları çox cəlb edir, əyləndirir. Biz onlara uğurlar arzu edirik. 

Qoy həmişə bu cür yeniliklərə imza atsınlar və bizləri sevindirsinlər. Biz özümüz də "Molped" istifadə edirik və qızlara da istifadə etməyi məsləhət də görürük.” Gecənin sonunda iştrakçılar səhnədə birlikdə "Molped" mahnısını ifa etdilər, tort kəsdilər, rəqs edərək əyləndilər. Bütün iştrakçlara "Molped" tərəfindən xüsusi hədiyyələr təqdim edildi.