VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
36 yaşlı İlham İsmayılovun qohumları redaksiyamıza müraciət ediblər. Ağır böyrək xəstəliyindən əziyyət çəkən İlham İsmayılova təcili böyrək köçürülməlidir. Bu cür ağır əməliyyatların növbədən kənar aparılması maddiyatsız başa gəlmir. Növbəsiz əməliyyata isə onun vaxtı çox azdır. 

"Yoldaşımla xoşbəxt firavan həyat sürürdük. İki övladımız var. Varlı olmasaq da gündəlik dolanışığımız normal idi. İlham işləyirdi və böyük ailəni dolandıra bilirdi. Biz iki uşağımız, onun valideynləri və bacısı da ümumi 9 nəfərlik bir ailədə birgə yaşayırıq. Bir müddət sonra İlham tez-tez təzyiqinin artmasından şikayət etməyə başladı. Get-gedə onun vəziyyəti daha da ağırlaşdı. Vəziyyət o hala çatdı ki, İlham nəinki işləyə, hətta yeriyə də bilmədi! Mərkəzi Neftçilər Xəstəxanaya müraciət etdikdə məlum oldu ki, yoldaşım ağır xəstədir. Pielonefritin ağır forması. Yeganə yol böyrək köçürmə əməliyyatıdır. Hazırda bu əməliyyatı məhz Neftçilər Xəstəxanasında yüksək səviyyədə həyata keçirilir - hətta pulsuz... lakin bu əməliyyat üçün böyük növbələr var. İlhamın vəziyyəti isə o dərəcədə ağırdır ki, təcili əməliyyat keçirilməlidir. Bəxtimiz onda gətirib ki, İlhamın anası donor kimi ona uyğun gəldi", - deyə İlhamın həyat yoldaşı Maya xanım söyləyir. 

Onun sözlərinə görə, əməliyat üçün dəqiq uyğunluq analizinin aparılması tələb olunur ki, buna görə də nəticələr Türkiyəyə diaqnostika üçün göndərilməlidir: "Burada və Türkiyədəki analizlər üçün tələb olunan pul 5.600 manatdır. Əməliyyatın keçirilməsinə isə 12.500 manat tələb olunur. Ümumilikdə bizə 18 min manat lazımdır ki, bu məbləğ nəinki bizdə yoxdur, hətta heç pulumuz yoxdur. İlham xəstələndikdən sonra biz onun valideyinlərinin təqaüdləri hesabına yaşayırıq, axı ailədə təkcə işləyən o idi, - deyə Maya xanım göz yaşları içində danışır.
 
"Siz bilsəydiniz, İlhamı kömək istəmək üçün müraciət etməyimə necə çətinliklə razı saldım. Həmişə ailədə problemləri özü həll edərdi, lakin xəstəlik onu işindən ayırdı. İndi o həm də bizim üçün çox narahatdır. Onun üçün ən dəhşətli ağrı bu gün öz ailəsinin, uşaqlarının qayğısına qala bilməməsidir. Hər gün onun tezliklə sağalması üçün dua edirəm. Soydaşlarıma kömək üçün müraciət etmək qərarına gəldim. Xahiş edirəm İlhamın həyatını xilas etməyə kömək edin", - deyə Maya xanım müraciət edir.

Biz də öz növbəmizdə İlham İsmayılovun ailəsininin müraciətinə qoşuluruq. O böyük bir ailənin başçısıdır, ailəni və uşaqları dolandıran yegan ailə üzvüdür. Xəstəlikdən qurtulmaq üçün hər bir şansı var. Sadəcə ona kömək etmək lazımdır. 

Maya xanım (həyat yoldaşı): 0556761207.

Aşağıda tibbi sənədlərin və bank rekvizitlərini surətlərini dərc edirik. 
 
BAKU.WS