SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
"Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
 
BAKU.WS "Azəravtoyol" ASC-yə istinadən verdiyi xəbərdə bildirilir ki, bununla əlaqədar olaraq bu gün saat 11:00-dan axşam saatlarınadək Səbael rayonu, Bayıl dairəsi – Bibiheybət yolu, həmçinin Heydər Əliyev prospektinin Böyük Şor və Sabunçu  yol qovşaqlarında avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən və ya tam məhdudlaşdırılacaq.
 
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri və aparılan işlərə anlayışla yanaşmaqları xahiş olunur.

BAKU.WS