VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Xəbər verdiyimiz kimi Azərbaycanın ikinci böyük şəhərində yeni ticarət və əyləncə mərkəzi açılacaq.
 
BAKU.WS-in məlumatına görə, Gəncədə aparılan abadlıq quruculuq işləri çərçivəsində Respublikada ən böyük ticarət mərkəzlərdən biri olacaq "Gəncə ticarət mərkəzi" tikilir. Ticarət mərkəzi əvvəllər "Dinamo" İdman Cəmiyyətinin yerləşdiyi yerdə inşa edilir. 

Bina 7500 kvadratmetr ərazidə tikilir. Altı mərtəbədən ibarət olacaq tikilinin iki mərtəbəsi yerin altında olacaq ki, bura da avtomobillərin dayanacağı kimi istifadə ediləcək. Əsas məqsəd isə gələcəkdə ticarət mərkəzinə gələn, eləcə də şəhərin mərkəzində olan avtomobilləri burada yerləşdirməklə sıxlığın qarşısını almaqdı.
 
Burada tikilinin 4 mərtəbəsi isə ticarət mərkəzi kimi fəaliyyət göstərəcək. Mərkəzin hər mərtəbəsinin sahəsi 7 min kvadratmetr olacaq binanın may ayında istifadəyə verilməsi nəzərdə tutulur. 
 
 
Gəncədə yeni açılacaq ticarət və əyləncə mərkəzinin layihə əsasında hazırlanan fotolarını təqdim edirik:
 
Nazim Babayev
BAKU.WS