SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

BAKU.WS-in report-a istinadən xəbərinə görə, iclasda komissiyaya daxil olan daha 107 müraciətə baxılıb. Bununla da baxılan müraciətlərin sayı 357-yə çatıb.

Qeyd edək ki, Komissiyaya 800-dən artıq müraciət daxil olub. 
 
Bu haqda Modern.az-a Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.
 
"Eyni zamanda, Komissiyaya hər gün yeni müraciətlər daxil olur. Amma iclaslarda ən az 3 ay əvvəl Komissiyanın katibliyinə daxil olan müraciətlərə baxılır. Çünki ayrı-ayrı qurumlardan müraciətlərin daxil olması, yerlərdə baxılması, araşdırılması kimi məsələlər uzun prosedurlardır. Yeni daxil olan müraciətlərə sonrakı əfv sərəncamları üçün keçiriləcək Komissiya iclaslarında baxılacaq”.
 
Ölkə başçısı tərəfindən imzalanması gözlənilən əfv sərəncamının çox məhkuma şamil olunacağına gəlincə, Ə.Nuriyev deyib ki, bu, Prezidentin səlahiyyətində olan məsələdir:
 
"Əfv sərəncamı imzalanacağı zaman siyahıda neçə nəfərin olduğunu biləcəyik”.

Qeyd edək ki, bu ilin Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.
 
BAKU.WS