VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Sabah Bakı şəhərində yolların təmiri ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq. 
 
"Azəravtoyol" ASC-dən BAKU.WS-ə verilən məlumatda bildirilir ki, sabah səhər saatlarından Bakının Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.
 
Məlumata görə, hərəkətin məhdudlaşdırılması bir neçə saat çəkəcək. Buna səbəb aparılacaq təmir işləridir. 

"Göstərilən müddət ərzində sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə cəmiyyətin məlumatında qeyd edilib.
 
Arzu Mirzəyeva
BAKU.WS