VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Şahnaz Haşımova Filarmoniyanın direktoru vəzifəsindən çıxarıldı.

Xalq artisti Şahnaz Haşımova Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsindən azad olunub.

BAKU.WS bildirir ki, Mədəniyyət və  Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun APA-ya verdiyi məlumata görə, nazir Əbülfəs Qarayev bu barədə müvafiq əmr imzalayıb.
Bu vəzifəyə Gülçin Mirzəyeva təyin olunub.

Qeyd edək ki, Ş.Haşımova Gəncə Dövlət Filarmoniyasının "Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin konsertlərinə bədii rəhbərlik və təşkilatçılıq edir.

Arzu Mirzəyeva
BAKU.WS