VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 30 dekabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, sərəncama əsasən, məcəlləyə aşağıdakı məzmunda 459-1-ci maddə əlavə edilir:

"Maddə 459-1. Kooperativ bazarlarda satış qaydalarının pozulması

"Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilmiş kooperativ bazarlarda Azərbaycan Respublikasında fəaliyyət göstərən kənd təsərrüfatı kooperativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsul istehsalçısı olmayan digər şəxslərin satış etməsinə görə -

fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.”
 
BAKU.WS