VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"ASAN xidmət” mərkəzlərində 4 gün iş olmayacaq.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, dekabrın 31-dən yanvarın 4-dək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar bütün "ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.

Vətəndaşlar yanvarın 4-dən etibarən "ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10-dan 20-dək, şənbə və bazar günləri isə saat 10-dan 17-dək (nahar fasiləsi olmadan) işləyir. 
 
Şahin Həbibov
BAKU.WS