SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Paytaxtın Nizami rayonunda tikintisi yarımçıq qalmış binada yanğın nəticəsində 4 nəfər ailə üzvü həlak olmuş Füzuli rayonundan olan məcburi köçkün Əkbər Babaşovun ailəsinə prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik maddi yardım ayrılıb.
 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komitə sədrinin müavini Gəray Fərhadov dövlət tərəfindən ayrılmış maddi yardımı Ə. Babaşova təqdim edib.
 
Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası ilə əlaqələndirilən humanitar təşkilatlardan biri olan "Gəncliyə Yardım" fondu isə Ə. Babaşovun ailəsinə müvafiq ev əşyaları təqdim edib.
 
Xatırladaq ki, noyabrın 29-da Bakının Nizami rayonunda tikintisi yarımçıq qalmış yaşayış binasının ümumi sahəsi 210 m2 olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqlarda yanğın olub. Nəticədə bir ailənin 4 üzvü - 1983-cü il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları - 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu və 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlu yanaraq ölüb.
 
BAKU.WS