VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


 


Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku” jurnalının baş redaktoru Leyla Əliyeva çəkdiyi rəsm əsərlərinin satışa çıxarılmasından danışıb.

BAKU.WS xəbər verir ki, L.Əliyeva Baku magazine TV-yə müsahibəsində bildirib ki, satışdan əldə edilən vəsait heyvanlara xeyriyyə məqsədilə istifadə ediləcək:

"Əsərlərimi satmaq istəməzdim, çünki burada əməyim, sevgim cəmlənib. Amma nəzərə alanda ki, toplanan maliyyə fillərin, gərgədanların, şirlərin qorunmasına xərclənəcək, bundan heç də peşman deyiləm. Həyatda nəyi isə paylaşmaq yaxşıdır”. 

L.Əliyeva söhbətində onu yaradıcılığa sevginin ilhamlandırdığını deyib:

"Yaradıcılığımda məni sevgi ilhamlandırır. Həyata sevgi… Mən Bakını sevirəm. Londona, Parisə, Moskvaya heyranam. Düşünürəm ki, hər zaman ürəyin səsinə qulaq asmaq lazımdır. Mən özümü tanıyandan, hələ orta məktəbdə ikən dərslərdə şəkil çəkirdim. Bilirsiniz, hər bir insan yaradıcıdır. Dadlı xörəkləri bişirməyi bacaran adam da yaradıcıdır. Yaradıcılıq, bir tək şeir və rəsm əsərləri demək deyil. Yaradıcılıq insanın ürəkdən etdiyi, əli ilə gördüyü işdir. Bunun üçün mənə emosiyalar, hislər lazımdır. Neqativ və ya pozitiv, fərq etməz -emopsiyaların olması vacibdir. Şeir yazanda daxilən dincəlirəm. Amma rəsm əsəri çəkəndə yorluram, çox enerjimi alır”. 

BAKU.WS