SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yeni istifadəyə verdiyi "Bənövşəyi xətt" üzrə növbəti stansiyanın tikintisini davam etdirir.
 
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda həmin xətt üzrə inşa edilən, hələlik B-3 adlandırılan stansiya Cəlil Məmmədquluzadə küçəsində, Silahlı Qüvvələrin Mərkəzi Hərbi Hospitalının qarşısındakı stansiyadır: "Stansiya 2018-ci ildə istifadəyə veriləcək. Yeni stansiya "Atovağzal" və "Memar Əcəmi" stansiyalarının hərəkət etdiyi Bənövşəyi xəttin davamıdır".

Trend
BAKU.WS