SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Facebook" profillərinin sındırılması və oğurlanması, şəxsin şərəf və ləyaqətini alçaldan postların, fotoların paylaşılması, şəxsə qarşı nalayiq ifadələrin işlədilməsi və s. sosial şəbəkə istifadəçilərinin tez-tez qarşılaşdıqları əsas problemlərdəndir.
 
Təcrübə göstərir ki, əksər hallarda bu kimi problemlər istifadəçilərin sosial şəbəkələrdən istifadə ilə bağlı məlumatsızlığından, müəyyən qaydalara riayət etməməsindən irəli gəlir. 
 
BAKU.WS mövcud problemlərin aktuallığını nəzərə alaraq TexnoUSTA MMC-nin sahibi, İT mütəxəssis Elxan Əsgərlinin fikirlərini öyrənib. İT mütəxəssisi bildirib ki, bir çox sosial şəbəkə istifadəçiləri profillərinin təhlükəsizliyini qorumaq üçün bəzi qaydalardan xəbərsizdirlər.
 
Həmin qaydalar nələrdən ibarətdir?
 


Facebook profilinizin təhlükəsizliyini gücləndirmək, kənar müdaxilələrin qarşısını almaq üçün aşağıdakı funksiyaları yerinə yetirməlisiniz: 

1) "Tənzimləmələr+Mobil" bölməsinə daxil olun, nömrənizi əlavə edin. Telefonunuza gələn kodu yazıb, nömrənizi təsdiqləyin;

2) "Tənzimləmələr+Güvənlik+Giriş bildirişlərinə" daxil olub, "Bildirişlər al"dən funksiyasını seçin. Yox əgər profilinizin email-dən aktiv istifadə edirsinizsə eyni funksiyanı "Email" hissəsində seçin; 

3) "Tənzimləmələr+Güvənlik+Giriş təsdiqlənməsi"nə daxil olun, "Tanınmayan brouzerlərdən mənim hesabıma giriş üçün güvənlik kodu istəyə" quş qoyun, açılan pəncərədən "Başla"-nı seçin, sonra "Devam"-a klik edin, nömrənizə gələn kodu yazın. Daha sonra "Xeyir təşəkkürlər" funksiyasına klik edib, "bağla" düyməsinə vurun;
 
4) "Tənzimləmələr+Güvənlik+Kod Gennerator"-a daxil olun və "Kod Gennerator"u aktivləşdirin, telefonunuz yanınızda olmayanda facebooka daxil olmaq üçün kodmatik üçün hazır kodları da bir yerə yazın. Telefonunuz yanınızda olmadıqda profilinizə daxil olmaq üçün həmin kodlardan istifadə edə biləcəksiniz;

5) "Tənzimləmələr+Güvənlik+Güvənli bağlantılar"-a daxil olub, 3 nəfər güvəndiyiniz dostunuzun hesabın qeyd edin, facebook profiliniz oğurlanarsa, onlara məlumat göndərib, profilinizi çox asan geri ala bilməyiniz üçün elə adamlar seçin ki, təhlükələrdən, xüsusi ilə bütün linklərə girib, özü spam yaymayan adam olsun ki, onların hesabı da sizin hesab oğurlananda bağlanmış, oğurlanmış olmasın;

6) "Tənzimləmələr+Güvənlik+Tanınan cihazlar"- daxil olub hamısını silin;

7) "Tənzimləmələr+Güvənlik+ Hardan Giriş Etmisən"-ə daxil olub hamısını silin

8) Yad kompyuterlərdən, telefonlardan hesabınıza girməyin;

9) Bir kompyuterdə bir neçə browserlə hesabınıza girməyin;

10) Maksimum heç bir linkə girməməyə çalışın, yalnız yüz faiz problemsiz link olduğundan əminsinizsə linkə daxil olun;

Bütün bunları yerinə yetirdikdən sonra ayarlarda Gizlilik bölməsinə keçin:

1) "Gizlilik"-də paylaşımları kimlər görə bilər bölməsində statuslarınızı kimlərin görməsini istəyirsinizsə ona uyğun funksiyanı seçin; 

2) "Gizlilik"-də "Mənim paylaşmalarımı kimlər görsün?" bölməsindən sizə kimlər ismarıc yaza bilər, kimlər yazanda ümumi bölməyə düşməsini istəyirsinizsə ona uyğun funksiyanı seçin, həmçinin sizə kimlər dostluq göndərə bilsin onu da seçin;

3) "Gizlilik"-də "Kim məni tapa bilsin?" bölməsindən isə axtarışdan sizi yalnız kimlər axtarış zamanı tapa bilər seçin, yaxşı olar dostlarım və ya dostlarım və dostlarımın dostlarını seçin.
 
Elxan Əsgərli sosial şəbəkə istifadəçilərinin qeyd olunan  funksiyaları yerinə yetirməkdən əlavə, tanımadıqları şəxslərdən ismarıcla gələn linklərə daxil olmamalarını bildirib:
 
"Bildiyiniz kimi son zamanlar naməlum şəxslər saxta profillər vasitəsilə aktiv facebook istifadəçilərinin profillərini fishing üsulu ilə ələ keçirib istifadəçinin adından paylaşımlar edirdilər. Kiməsə aid şəxsi məlumatları, şəkilləri yayırdılar. Bu üsuldan istifadəçilər xəbər tutduqdan sora yeni üsula əl atdılar. Belə ki, gündəmdə olan hər hansısa bir mövzuyla əlaqədar aktiv olan istifadəçilərə, mediya nümayəndələrinə pdf formatda fayllar göndərirdilər. İstifadəçi həmin faylı açdıqda avtomotik olaraq kompyuter sistemi şəxsin nəzarətinə keçmiş olurdu. Və beləliklə kompyuterində ona aid olan nə vardısa hamısı xakerin nəzarətinə keçirdi. Həmin sistemi kompyuterdən silmək üçün anındaca format etmək lazımdır. Daha sonra isə kompyuterlə daxil olduğu sosial şəbəkələrin mail və parollarını dəyişməlidirlər. Bütün bunların baş verməməsi üçün göndərilən linklərə, pdf formatda fayllara, video fayllara daxil olmamalıdır. Yalnız əmin olduqları halda daxil ola bilərlər. Bunun üçün göndərilən linki facebook hesabınızın açıq olmadığı digər başqa browserə daxil olub yoxlamaq lazımdır. Pdf formatda faylları isə yalnız əmin olduqları şəxslər tərəfindən əvvəlcədən məlumatları olduqları halda daxil olsunlar". 
 


 
İT mütəxəssisi onu da qeyd edib ki, Facebookda qarşılarına çıxan spamlara klikləməsinlər:
 
"Hər hansısa virusa kliklədikdə profilinizdən spamlar yayılmağa başlayırsa, dərhal şifrənizi yeniləyin, profili dondurub, yenidən aktivləşdirin və spamlar yoxa çıxacaq, hansısa applikasiyaya icazə vermişdinizsə profildə paylaşım etsin, o zaman sol tərəfdə applikasiyalar bölməsindən son daxil olub, icazə verdiyiniz applikasiyanı silin". 
 
Ayşən Ayxan
BAKU.WS