VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
AZAL aviaşirkəti aviabiletləri rəsmi tərəfdaşlardan almağa çağırır - SİYAHI

Turizm sahəsində artan dələduzluq halları ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" (AZAL) QSC xarici ölkələrə səyahət edən şəxsləri yalnız etibarlı turizm agentliklərinə müraciət etməyə çağırır. 

Aviabiletlərlə bağlı problemlərlə üzləşməmək üçün AZAL Azərbaycan ərazisində aviaşirkətin biletlərinin satışı üzrə rəsmi müqaviləsi olan agentliklərin xidmətlərindən istifadə etməyə çağırır.

Aşağıdakı linkdə həmin agentliklərin siyahısı ilə tanış olmaq olar www.azal.az/az/article/31082015  

Əlavə məlumat üçün:
Telefon: (012) 598 88 80 / *8880

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti