SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tanınmış müğənni Castin Biberin fotosunu paylaşdığı qız model kimi fəaliyyətə başlayıb. 
 
BAKU.WS məlumat verir ki, müğənni ötən ilin dekabr ayında Instagram hesabında Kindi Kimberlinin fotosunu paylaşaraq onu axtardığını yazmışdı. Bundan sonra Kindinin İnstaqram hesabında izləyicilərinin sayı artaraq 1 milyona yaxınlaşıb. Castinin paylaşımından sonra günü 3 avrodan dayə işləyən gənc qıza çoxlu sayda iş təklifləri gəlib. Kindi iş təklifləri arasında modelliyi seçib. O bildirib ki, karyerasını modellik üzrə qurmaq istəyir. Kindi bir neçə brendlə müqavilə də bağlayıb.
 
"Very" brendinin yeni siması olan gənc qız qısa müddətdə məşhur olmağına özünün də təəccübləndiyini bildirib:
 
"Bu nağıla bənzəyir. Rəfiqəm mənə hər zaman deyirdi, "gün gələcək sən dünyanın ən məşhur qızlarından biri olacaqsan". Amma bu mənə yuxu kimi gəlirdi, inanmırdım. Mənim həyatım qısa müddətdə Castinin paylaşımından sonra dəyişdi. Təbii ki, müsbət tərəfə dəyişdi. Ancaq özümü yüklənmiş hiss edirəm. Açığı bilmirəm bunun öhdəsindən necə gələcəm".
 
Qeyd edək ki, 17 yaşlı qız məşhur model İrina Şeyklə oxşarlığı ilə də diqqət çəkib. 
 
BAKU.WS