SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xalq artisti İlhamə Quliyevanın küsülü olduğu həmkarlarından biri də Flora Kərimova idi.
 
BAKU.WS məlumat verir ki, şou-biznes aləmində küsülü olub sonradan barışan sənətçilər zaman-zaman olub. Ancaq bu iki sənətkar arasındakı inciklik İlhamə Quliyevanın son gününə kimi davam etdi. Hətta Flora Kərimova İlhamə Quliyevanın vəfatına münasibət bildirmədi. 
 
İllər öncə Aztv-də hər iki sənətkarın birgə iştirak etdiyi verilişdən kadrlara əsasən onların bir zamanlar dost olduğu deyilsə də, Flora Kərimova bu iddiaları təkzib etmişdi. O bildirmişdi ki, İlhamə Quliyeva ilə heç vaxt səmimi münasibəti olmayıb:
 
"Deyirlər ki, mən o xanımla yaxın rəfiqə olmuşam. Yalan söhbətdir. Mən onunla heç vaxt yaxın olmamışam. Bu fikri də Aztv-də bizim birgə iştirak etdiyimiz verilişdəki kadrlara əsasən deyirlər. Ancaq o kadrlara diqqətlə baxsalar görərlər ki, biz orada sadəcə həmkar kimi əyləşmişik. Heç bir səmiyyətimiz, isti münasibətimiz yoxdur. Biz tamam bir-birinə əks insanlarıq, necə dost ola bilərik?".
 
Sözügedən kadrlarda İlhamə Quliyeva öz imicindən danışarkən "Mən gözəl geyinməyi, gözəl görünməyi sevirəm. İnsan da var ki, sevmir. Flora xanım kimi. O sadə geyinməyə üstünlük verir, ziynət əşlarını sevmədiyini deyir. Bu onun stilidir. Öz işidir. İlhamə isə sevir gözəl geyinsin. Əlimdə ən azı bir üzük olmalıdır. Sənətçinin borcudur ki, tamaşaçının qarşısına gözəl libasda, baxımlı çıxsın" bildirmişdi.
 
Flora Kərimova isə öz növbəsində "Mənə çox deyirlər niyə eyni stildəsən, imicini niyə dəyişmirsən. Bilirsiniz necədir, mən istəmirəm mənim tamaşaçım mənə baxanda boynunu büksün. Mənim üzərimdəki bahalı aksesuarı görəndə pis olsun. Mən istəmərəm ki, tamaşaçımın fikri ifamda, rolumda deyil də, mənim geyimimdə, aksesuarımda olsun" demişdi. 
 
Həmin kadrlarda xalq artistlərinin dialoquna baxdıqda onların arasındakı rəqabəti hiss etmək olur. Bu rəqabətin sonradan qalmaqala necə çevrildiyi isə heç kimə aydın deyil.
 
BAKU.WS sözügedən videonu təqdim edir.