SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin məşhur xanım müğənnisi Hadisə yeni mahnısına klip çəkdirib.
 
BAKU.WS-in məlumatına görə, müğənni "Bu Aralar" mahnısının yeni klipini Dominik Respublikasında çəkdirib. Şəffaf libası ilə kamera qarşısına keçən məşhur müğənni yenə çox cəsur pozlar verib. 

"Tövsiyə" adlı albomunun 4-cü klipini Emrah Karadumana aid "Bu Aralar" mahnısına çəkən müğənni 3 gündə klip çəkilişini tamamlayıb. Bacısı Hülya Açıkgözün rejissorluğunda çəkilən klip çox iddialı olacaq. 

Uzun bir aradan sonra ilk dəfə lirik bir mahnı səsləndirən Hadisə yeni klipində də dəniz, qum və günəşdən imtina edə bilməyib. 
 
BAKU.WS