VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Türkiyədə yaşayan tanınmış azərbaycanlı müğənni İradə İbrahimova həyat yoldaşından boşanması, ikinci dəfə ailə qurması haqda gəzən söz-söhbətlərə aydınlıq gətirib.

BAKU.WS verir ki, müğənni, "ATV maqazin 10larla" verlişinə danışaraq haqqında gəzən söz-söhbətlərin əsassız olduğunu deyib:

"Haqqımda deyirlər ki, ikinci dəfə ailə qurmuşam, qızım İpək birinci həyat yoldaşımdandır, oğlum Əli isə ikinci həyat yoldaşımdandır. Bunun heç kimə aidiyyatı yoxdur. Qaldı ki, deyilənlər hamısı əlbətttə şayiədir. Mən bir dəfə ailə həyatı qurmuşam".
 
Sənətçi ikinci dəfə ailə quran xanımları qınayanlara öz iradını bildirib:
 
"İkinci dəfə ailə quran insanları, xüsusilə də xanımları çox qınayırlar. Bu, düzgün deyil. Ailə bağlı qutudur. Heç kim heç kimin içini, nə yaşadığını bilə bilməz. Demək istəyirəm ki, belə şeylərə görə insanları qınamasınlar".
 
Ayşən Ayxan
BAKU.WS