SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin tanınmış aktyoru, 30-dan çox məşhur serialda rol alan Semih İğdigül Bakıda olarkən BAKU.WS-ə eksklüziv müsahibə verib.


Onunla ilk dəfə Bakı otellərinin birində görüşdük. Oteldə qalmağa pulu olmadığı üçün təcili Türkiyəyə qayıtmalı olan Semih İğdigül görüşümüzdə Bakını o qədər təriflədi ki, bu şəhərdə yaşadığım üçün özümü bir daha çox xoşbəxt hiss etdim.


Semih İğdigülün sözlərinə görə, Bakıya küçə heyvanlarının hüquqlarını qorumaq üçün gəlsə də, özü çox problem yaşayıb. İlk öncə sərhəddə onun motosikletini alıblar. Onun üçün sponsorluq edən türkiyəli biznesmen isə aktyoru yarıyolda qoyub. Bu səbəbdən də, pulsuz və yorğun olan Semih İğdigül Bakıda çox qala bilmədi.

Onunla ekspromt müsahibəni təqdim edirik:


-Bakı xoşunuza gəldimi?

-Bura çox gözəldir. Bakını yalnız televiziyalarda görmüşdüm. Lakin bu qədər rahat və gözəl olduğunu təsəvvür etməzdim. Buranın insanları da çox mehriban və qayğıkeşdirlər. Qonaqpərvər azərbaycanlılarla ünsiyyət qurmaq çox xoşdur. Bakıda gözəl və müasir binalar şəhəri daha da ecazkar edir. Bir sözlə mən bura vuruldum.

-Bəs Bakıya gəlməyinizin səbəbi nə idi?


-Mən ötən il küçə heyvanlarının hüquqlarını qorumaq üçün Türkiyədə 2500 km. qət etdim. Motosikletlə bütün Türkiyəni gəzmişəm. Azərbaycana gəlməkdə məqsədim isə burada küçə heyvanlarının hüquqlarını daha çox pozulduğu barədə eşitməyim idi. Lakin paytaxt küçələrində küçə heyvanları, it-pişik çox az görünür. Burada heyvan hüquqlarını qoruyan təşkilatlarının olması məni çox sevindirdi. Həm də mən "Kurtlar Vadisi Pusu” serialında Azərbaycanı təmsil edən rolda oynadığım üçün buranı canlı görmək istəyirdim və bu səfərin reallaşmasına səbəb oldu. Lakin səfər zamanı başıma bir çox problem gəldi. Mənə sponsorluq edən şəxs sözündə durmadı. Məni yarıyolda qoydu.

-Əgər sizin sporsunuz sözündə durmadısa, bəs Azərbaycana gəlməkdən niyə vaz keçmədiniz?

-Bilirsiniz mənim dostlarımla yanaşı düşmənlərim də çoxdur. Bakıya yola düşəndə bir çox insan bura gələcəyimə inanmırdı. Çoxu deyirdi ki, yaşlı insandır, yarıyoldan qayıdacaq. Əgər mən həqiqətən də yoldan qayıtsaydım, o zaman onları sevindirmiş olardım. Həm də, mən söz vermişəmsə, özümü tutmalıyam. Hətta həmin sözü tutmaq üçün ölüm olsa belə, ora gedərəm.

- "Kurtalar Vadisi" serialında "Çakır" obrazını canlandırmış aktyor Oktay Kaynarcanın Twitter hesabına PKK-çı xaker qrupu ələ keçirib. Buna münasibətinizi bilmək maraqlı olardı.

-Biz aktyoruq. Bizə həvalə edilən obrazı canlandırırıq. Bu səbəbdən də, aktyora qarşı istənilən təzyiqin əleyhinəyəm. Onlar yeni PKK ilə bağlı serial çəkməliydilər. Ola bilsin ki, Oktay Kaynarcaya da bu səbəbdən hücum ediblər.

-Seriallardakı rollarda adətən davakar kimi görünürsüz. Bəs həyatda necə?

-Mən sülhsevən adamam. Müharibənin, qan-qadanın əleyhinəyəm. İstəmirəm ki, günahsız yerə insanaların qanı tökülə. Körpələr yetim qala. Analar övladlarını itirə. Hər şeyi sülhlə həll etmək lazımdır. Mən ümumiyyətdə qanunların pozulmasının əleyhinəyəm. İndiyə qədər heç kim məndən polisə şikayət etməyib və mən də kimsədən şikayətçi olmamışam. Arada yol qaydalarını bilmədən pozuram.


Qeyd edək ki, tanınmış aktyor Semih İğdigül "Kurtlar Vadisi” ilə yanaşı "Suskunlar”, "Cocuklar duymasın”, "Arka sokaklar”, "Küçük kiyamet””Beş kardeş”, "Hanımın çiftliyi” seriallarında rol alıb. 

Ziya Səccad
BAKU.WS