SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün müğənni Tunar Rəhmanoğlunun toyu baş tutub.

BAKU.WS xəbər verir ki, Bakıda məşhur restoranlardan birində baş tutan məclisə Tunarın yaxınları və şou-biznes nümayəndələri dəvət olunub.

Ülviyyə adlı xanımla ailə quran Tunarın xoş günündə bacısı Günel Zeynalova rəqs meydanında onu tək qoymayıb. Günel qardaşının toyunda şıdırğı rəqsi və ifaları ilə diqqət çəkib. 

Qeyd edək ki, cütlüyün nişanı apreldə, nikahı isə mayda olub. Ötən ay Tunar özünə oğlan toyu da edib.

Südabə
BAKU.WS