SİZİN REKLAM BURADA!
055 213 76 73



Mərhum müğənni Vidadi Bərdəlinin oğlu həbs edilib.

BAKU.WS
unikal.org-a istinadən xəbər verir ki, dünən Yasamal rayon polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı mərhum müğənninin oğlu Tuncay Vidadi oğlu Vəliyevin üzərindən narkotik maddə aşkarlanıb.

Sonradan polis saxlanılan şəxsin Binəqədi rayonundakı mənzilində əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Qeyd edək ki, polis tərəfindən saxlanılan Tuncay Vidadi oğlu Vəliyev əvvəllər Azərbaycan Respublikası Cinayət məcəlləsinin qəsdən sağlamlığa zərərvurma maddəsi ilə məhkumluq həyatı yaşayıb.

Tuncay Vəliyev müğənni Vidadi Bərdəlinin ikinci həyat yoldaşı Nahidə xanımla nikahından doğulub.

BAKU.WS