VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Rusiyanın qızıl səsi", Rusiya Federasiyasının xalq artisti Nikolay Baskova azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən hədiyyə edilən "Mardan Palace"dakı villa əlindən alınıb. 
 
BAKU.WS-in məlumatına görə, bir neçə il öncə müğənniyə bağışlanan villa mehmanxananın ən yaxşı nömrələrindən biri olub. Ancaq azərbaycanlı milyarderin "Mardan Palace"ı satmasından sonra vəziyyət dəyişib. Beləliklə, Nikolay Baskov villaya sahib olmaq hüquqlarını itirib.

"Bəli, üç il əvvəl mənə "Mardan Palace"da villa hədiyyə etdilər. Yaxın vaxtlarda mehmanxana satılıb, buna görə indi villa mənə aid deyil", - deyə Nikolay söyləyib. 
 
Xatırladaq ki, 719 milyon lirəya (təqribən 257 milyon dollar) satışa çıxarılan "Mardan Palace" Türkiyənin "Halk Bank"ı tərəfindən 360 milyon 50 min lirəyə (129 milyon dollar) alınıb. 

Azərbaycanlı milyarderin oteli "Mardan Palace" 2009-cu ilin may ayında fəaliyyətə başlayıb. Möhtəşəm açılışa dünya ulduzları da qatılıblar. Onların arasında Meray Kerri, Riçard Gir, Paris Hilton, Şeron Stoun, Monika Belluçi, Tom Cons və başqaları da olub.İş adamı oteli atasının şərəfinə adlandırmışdı. Otel üçün Misirdən 9 min ton qızılı qum gətirilib. Qumun özəlliyi ayaqları yandırmaması və sulu bədənə yapışmamasıdır. 

Son zamanlar Rusiyada yaşayan azərbaycanlı milyarder Telman İsmayılovun maliyyə problemləri yaşadığı açıq aşkar idi. Onun borclu olduğu banklardan biri "Vneştorqbank” (VTB) onun girov qoyulmuş, bazar qiyməti 250 milyon dollar olan daşınmaz əmlakına cəmi 33 milyon dollar dəyərində qiymət verib.  
 
BAKU.WS