SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Elza Seyidcahan müğənni Damlanın şəklini cırıb, sonra isə biabır edib.

BAKU.WS xəbər verir ki, hər dəfə bir qonaq sənətçi "ATV Maqazin onlarla" verilişinin Xit-Parad rubrikasında həmkarlarının mahnılarına qiymət verir.

Aparıcı adəti üzrə Elza xanıma qiymət verəcəyi həmkarlarının fotolarını təqdim edir və qiymət verməsini istəyir. Damlanın fotosunu görən Elza qəzəblənərək onu cırır. Hətta Damlanın mahnısını təqdim etdiyi üçün aparıcını məhkəmə ilə hədələyib.

"Mən ona nə qiymət verə bilərəm? Pis söyüşlərlə dillərə düşüblər. 3 ay efirə çıxmasın, görün o damcı var? O heç damcı da deyil, nəinki damla. Halbuki adı Məsumədir. Şəxsən o musiqini mənə təqdim etdiyin üçün mən səni məhkəməyə verə bilərəm. Mənim nə nəslim ona qulaq asa bilməz, nə rəhmətlik pişiyim qulaq asa bilməzdi. Nə də itim ona qulaq asa bilməz! Bir insan ki, adından utanır, o insan atasına görə niyə ağlayır? Adını Damla eləyib, bu gün-sabah Dalğa qoyar", - deyə qəzəbini püskürüb.

Zülfiyyə Qurbanova
BAKU.WS