SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Elza Seyidcahan mərhum xalq artisti İlhamə Quliyevaya şeir həsr edib.

BAKU.WS-in məlumatına görə, bəstəkar-müğənninin kitabına saldığı şeiri Mətanət Əliverdiyevanın aparıcısı olduğu “Zarafat-zarafat” verilişində səsləndirib.

Elza şeiri oxumazdan əvvəl belə deyib: "Mən "Quru böhtan" adlandırdığım bu şeiri İlhamə xanıma yazmışam". 

Elza Seyidcahan "Gələcək o gün ki, pis öləcək" misrasının yer aldığı şeiri düşmən münasibətlərində olduğu mərhum sənətkara hələ sağlığında həsr edib.

İfaçı şeiri səsləndirərkən Mətanət Əliverdiyeva və verilişin qonağı aktyor Əkbər Əlizadə eşitdiklərindən dəhşətə gəliblər. Şeirə necə reaksiya verəcəklərini bilməsələr də, təəccüblərini gizlətməyiblər.



Qocanın xatirə silsiləsinin
Baş qəhrəmanı mən deyiləm.
İstəmərəm, mən istəmərəm.
Pis qoca xatirəsində öləm...
Qocalar keçmiş xəyallarında,
Gənclər gələcək arzularında yaşayarlar.
Gələcək gələcək, o gözəl gələcək.
Gələcək o gün ki, o itəcək.
Gələcək gələcək, o özəl gələcək.
Gələcək o gün ki, pis öləcək.
İtəcək bu gün ki, sən siləcəksən.
Etdiyin səhvləri tam görəcəksən.
O böhtançının dərmanı yoxdur
Böhtana məhəlsə qoyan yoxdur.
Böhtanı satan, sürünən çoxdur.
Dərmanı yoxdur, yoxdur.
Gələcək çoxdur, çoxdur.
Gələcək o özəl gələcək.
Gələcək o gün ki, pis öləcək.
Böhtana məhəl qoymaram,
Mən ona lap od qoyaram.
Böhtançı qorxağın intiqamı
Böhtanın yox qılınc-qalxanı
Aydan arı, sudan quru insanlara
Quru böhtan atanlar
Quru, quru...
Quruyasan insanlara böhtan satan
Quru, quru, quru böhtan
Quruyasan quru böhtan.

Zülfiyyə Qurbanova
BAKU.WS