SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bakı gözəli - 2018" yarışmasının final gecəsində yaşanan qalmaqal sülh yolu ilə həll edilib.

"Bakı gözəli - 2018" gözəllik yarışmasının təşkilatçısı "Show prodaction" şirkətinin rəhbəri Azər Bağırov BAKU.WS-ə açıqlamasında qaliblər arasında yaşanan narazlığın şəffaf səsvermə ilə yoluna qoyulduğunu bildirdi:

"Bütün gözəllik yarışmalarında gərginlik və mübahisələr yaranır. Çünki bütün iştirakçılar qalib olmaq istəyir. Bizim yarışmanın final gecəsi də olduqca gərgin keçdi. Mübarizə aparan xanımlar arasında mübahisəli anlar yaşandı. Bundan sonra qaliblər münsiflərin və tədbirdə iştirak edən qonaqların səsləri ilə müəyyənləşdi. Bütün anlaşılmazlığa və mübahisələrə aydınlıq gətirilərək aradan qaldırıldı. Səsvermə prosesi finalçı xanımların özlərinin iştirakı ilə baş tutdu".

"Şou Prodakşn" tərəfindən təşkil olunan “Bakı Gözəli-2018” gözəllik yarışmasının final gecəsi baş tutub.Təşkilat komitəsindən verilən məlumata görə,  ancaq sonda həm münsiflərin verdiyi səslər həm də tədbirdə iştirak edən qonaqların verdiyi səslər finalçı xanımların özlərinin iştirakı ilə hesablanaraq anlaşılmamazlıqlara son qoyulub. Qalib gələn xanımları digər iştirakçı xanımlar təbrik ediblər.

Qeyd edək ki, finala on iki xanım vəsiqə qazanmışdır. “Bakı Gözəli-2018″nin qaliblərinin diplomları, lentləri və tacları bu həftə keçiriləcək tədbirdə təqdim olunacaq, adlar açıqlanacaq.

Zülfiyyə Qurbanova
BAKU.WS