» » "Bandotdel"ə çağırılan Günay İbrahimli: Çox əziyyət çəkmişəm...


16-05-2018 | 17:58

  • 869

"Bandotdel"ə çağırılan Günay İbrahimli: Çox əziyyət çəkmişəm...


Bir neçə gündür ki, mediada müğənni Günay İbrahimlinin Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılması barədə məlumat yayılıb. Bildirilir ki, müğənni keçmiş xanım sponsoru Nuriyyə Əhmədovanın külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur. Günayın iş xanımına 225 min manat borclu olduğu iddia edilib.

BAKU.WS
qafqazinfo-ya istinadən xəbər verir ki, Günay İbrahimli ittihamlarla razılaşmayaraq heç kimə borclu olmadığını qeyd edib:

“Bizim Nuriyyə Əhmədova ilə müqaviləmiz 2009-cu ildən 2014-cü ilədək davam edib. Həmin müqavilə Nuriyyə Əhmədova ilə deyil, modelyer Zümrüd Mirzəliyeva ilə bağlanıb və ondan 4 il keçib. Bütün sənədlər məndədir. Nuriyyə xanım açıqlamasında deyir ki, mahnılara, kliplərə müəyyən miqdarda pul xərcləyib. Amma unudur ki, Azərbaycanda 10-20 minə mahnı satılmır. Elə bəstələr olub ki, çalışdığımız müddətdə mənə hədiyyə olunub. Və yaxudda 1000-2000 manat dəyəri olub.

Nuriyyə Əhmədova 4 ildən sonra məsələni qaldıraraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib. Bir neçə ay bundan əvvəl “Bandotdel''də də bu işə baxıldı və izahat verdim. Əlimdə olan sənədlərlə sübuta yetirildi ki, belə bir şey yoxdur. Bundan əlavə, o xanım birgə işlədiyimiz müddətdə mənə avtomobil vermişdi, maşının kreditini 4 il anam “NBC” banka ödəyib. Sonra həmin avtomobili məndən tələb etdi və geri qaytardım. Həmin 5 ildə dayanmadan bir neçə şou proqramlarda günü 70-100 manata oxudum, hesablasaq ay ərzində 10 minə yaxın pul edir. Bu da 4 il ərzində 480 min manat qazanc deməkdir. Mən o pulların 5 mislini qaytarmışam. Çox əziyyət çəkmişəm, amma o pullardan bir manat belə görməmişəm.

Əslində, mən şikayətçi olmalıyam ki, pullarımı mənimsəyiblər. Bunlara nə olub? Dərəbəylik deyil ki? Bizim hüquq-mühafizə orqanları məsələni dəqiqliklə araşdırıb. Mənim əlimdə dediyim fikirləri sübut edən sənədlər var. Arxam, dayağım isə qanundur. Bu gün mən Günay İbrahimliyəm. İndi kimlərəsə bu asan görünə bilər, amma bu yerdə olmaq üçün dişimlə, dırnağımla gəlmişəm.

Bundan əlavə, həmişə yanımda olan mətbuatda Azərbaycandan qaçmağım, getməyim barədə məlumatlar oxudum. Mənim burda olmamağımdan sui-istifadə edirlər. Sizcə, mən bu məsələyə görə ölkəmdən gedərəm? İstanbula işlərimlə bağlı gəlmişəm, bir neçə gün sonra Bakıya qayıdacam. Belə cılızlaşmayaq. Əslində, bu mövzuda açıqlama verməyəcəkdim. Məni sevənlərim, dostlarım, fanatlarım narahatdır. Onlar üçün deyirəm ki, bu cür xəbərlər əsassızdır”.

Müğənni onu da qeyd edib ki, sözügedən xanım ailəsini təhdid edib: "Bizim evə gələrək anamla atama hədə-qorxu gələrək dedi ki, görəcəksiz qızınızı məhv edəcəm, hələ sizdən nə qədər pul qoparacam. Bu nə deməkdir? Mən də onu bu hərəkətinə görə məhkəməyə verə bilərəm. Bütün bunların qarşılığında sadəcə bir şey demək istəyirəm. Mən qanuna və dövlətimə güvənirəm".

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Mərkəzi Bank 500 manatlıqlarla bağlı məsələyə aydınlıq gətirdi Mərkəzi Bank 500 manatlıqlarla bağlı məsələyə aydınlıq gətirdi Sosial Bakıda ŞOK HADİSƏ - avtobusda qadına qarşı nalayiq hərəkət, silah çıxardı Bakıda ŞOK HADİSƏ - avtobusda qadına qarşı nalayiq hərəkət, silah çıxardı Hadisə Zöhrə Abdullayevanın oğlu vəfat etdi Zöhrə Abdullayevanın oğlu vəfat etdi Hadisə Kosmetoloq Elnarə Rzayevanın daha bir qurbanı – DƏHŞƏTLİ FOTOLAR Kosmetoloq Elnarə Rzayevanın daha bir qurbanı – DƏHŞƏTLİ FOTOLAR Hadisə Bakıda qadına küçənin ortasında təcavüz etdi: Bakıda qadına küçənin ortasında təcavüz etdi: "Qolumdan tutdu yıxdı yerə və..." (VİDEO) Hadisə / Video Azərbaycanda yeni pul vahidi – 200 manatlıq Azərbaycanda yeni pul vahidi – 200 manatlıq İqtisadiyyat "Bakı gözəli 2018" yarışmasında saçyoldu - VİDEO Şou-biznes Bakıda böyük söküntü olacaq! Artıq binalara rəsmi xəbərdarlıq bildirişləri yapışdırılıb Bakıda böyük söküntü olacaq! Artıq binalara rəsmi xəbərdarlıq bildirişləri yapışdırılıb İqtisadiyyat / Sosial Azərbaycan Bakıda avtobusun altında qalan avstriyalı idmançıya 500 min avro ödədi Azərbaycan Bakıda avtobusun altında qalan avstriyalı idmançıya 500 min avro ödədi Hadisə Oğlunu itirən Zöhrə Abdullayeva fəryad etdi: Ölürəm... Oğlunu itirən Zöhrə Abdullayeva fəryad etdi: Ölürəm... Hadisə Bakıda avtomobil yüksək sürətlə hərəkət edərək belə aşdı - VİDEO Bakıda avtomobil yüksək sürətlə hərəkət edərək belə aşdı - VİDEO Hadisə Baş nazirdən yeni qərar: Tikinti qaydaları dəyişdi Baş nazirdən yeni qərar: Tikinti qaydaları dəyişdi Əsas Xəbər / Sosial Bakıda ŞOK OLAY: Biznesmen, Bakıda ŞOK OLAY: Biznesmen, "bomj" atasının dalınca morqa son model “Audi”də gəldi Əsas Xəbər / Hadisə / Sosial Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar - Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar - "Qayığa bağlıydılar" (VİDEO) Hadisə / Video 17 yaşında evləndi, əri əsgər getdi, qayını... - Əfv olunan qadının QANDONDURAN HEKAYƏSİ - FOTO 17 yaşında evləndi, əri əsgər getdi, qayını... - Əfv olunan qadının QANDONDURAN HEKAYƏSİ - FOTO Əsas Xəbər / Həyat tərzi Efirdə ŞOK GÖRÜNTÜLƏR: Tanınmış kosmetoloq qadınlarla əlbəyaxa dava etdi (VİDEO) Efirdə ŞOK GÖRÜNTÜLƏR: Tanınmış kosmetoloq qadınlarla əlbəyaxa dava etdi (VİDEO) Hadisə / Video Aygün Bəylərin bacısı sənətə gəldi: Zümrüd Hümbətovadan möhtəşəm ifa - VİDEO Aygün Bəylərin bacısı sənətə gəldi: Zümrüd Hümbətovadan möhtəşəm ifa - VİDEO Şou-biznes Rəsmi Moskvadan Bakını qəzəbləndirən addım Rəsmi Moskvadan Bakını qəzəbləndirən addım Əsas Xəbər / Qarabağ / Siyasət Azərbaycanlı model Dağüstü parkda alt paltarında - FOTO Azərbaycanlı model Dağüstü parkda alt paltarında - FOTO Həyat tərzi Mərkəzi Bank 100 və 50 manatlıq qəpikləri (FOTO) Mərkəzi Bank 100 və 50 manatlıq qəpikləri (FOTO) Əsas Xəbər / İqtisadiyyat
Son əlavəПоследние публикации
Müəllimlərin maaşları artırılacaq
26 may 2018

Müəllimlərin maaşları artırılacaq

1 093 Əsas Xəbər / Sosial