VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 5-də, aktyor Fuad Poladovun dəfn günündə, “Şah Qacar” tamaşasından sonra Akademik Milli Dram teatrında qalmaqal yaşanıb.

BAKU.WS-in kulis.az-a verdiyi məlumata görə, gərginlik tamaşanın ardınca təzimə çıxan aktyorlardan birinin Fuad Poladovu xatırlaması və onun xatirəsinə tamaşaçılardan bir dəqiqəlik sükut xahiş etməsindən sonra yaşanıb.

Teatrdan adının açıqlanmasını istəməyən şəxsin sözlərinə görə, teatr rəhbərliyi həmin aktyoru çağıraraq, ona xüsusi xəbərdarlıq edib.

Qeyd edək ki, “Şah Qacar” mərhum aktyor Fuad Poladovun baş qəhrəmanı oynadığı tamaşalardan biridir. İndi Qacar rolunda Akademik Milli Dram Teatrının aktyoru Abbas Qəhrəmanov çıxış edir.

Teatr məsələ ilə bağlı açıqlama vermək istəməyib. Məsələ ilə bağlı hər hansı açıqlama olarsa, yayımlamağa hazırıq.

BAKU.WS