SİZİN REKLAM BURADA!
055 213 76 73



Sərxan Kərəmoğlunun efirdə müğənni Aysel Əlizadəni qucağına alması izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Aparıcının ünvanına təhqir və xoşagəlməz ifadələr yazanlar da tapılıb.

BAKU.WS
-in məlumatına görə, yazılanlardan qəzəblənən Sərxan olduqca sərt ifadələrlə cavab verib:

"Mən hər kəsin fikrinə hörmətlə yanaşıram, amma elə fikir bildirənlər var ki, onlar öz rəylərini yox, birbaşa təhqir edirlər. Sözüm onlaradır; siz qeyrətsiz, fahişədən əmələ gələn, mənşəyi bəlli olmayan zibillərsiz. Sizin əxlaqdan xəbəriniz yoxdur. Əgər siz tərbiyə görsəniz müxtəlif portallarda təhqir söyüş yazmarsız. Mən 25 ildir ki, TV-də çalışıram və qərəzli fikir və təhqir yazanları çox gözəl bilirəm. Mənim qonağımın üzündən öpməyim nə zamandan tərbiyəsizlik oldu? Hər kəs, hətta prezidentlər görüşəndə öpüşüb qucaqlaşırlar. Burada pis nə var? Pislik sizin içinizdədir. Bu 18+ gecə şousudur. Mənim məqsədim film kimi bir eyləncə təqdim etməkdir. Siz isə rus-türk seriallarında görək öpəcəkmi deyə saatlarla oturub gözləyirsiz. Bizdə nə axtarırsız? Qeyrət? Qeyrət sizdə, gedin hansısa türk məşhuru gələndə dediyiniz qızlarınız-bacılarınız az qala bir əlini toxundursun deyə özlərini öldürürlər. Qeyrətiniz haradadır?

Nə isə, siz xalq deyilsiz, 300-400 nəfərin fikri xalqın fikri demək deyil. Dəyərli xalqımız və izləyicilərim, hər zaman əyləncə, baxımli olsun deyə sizlərə fərqli proqramlar təqdim etmişəm və Allah izin verərsə yenə edəcəm. İllərdi TV-də, kino və teatrda olan xidmətlərimi görüb, məni dünən efirə çıxmış adam kimi qələmə verirlər. Sizce bu fikirlər qərəzli deyilmi? Yuxarıda yazdıqlarım xalqımızın dəyərli övladlarına şamil olunmur, yalnız mənə müxtəlif portallarda təhqir yazanlaradır. Hər kəs öz payını almasa rahatlaşa bilmir”.

Xatırladaq ki, Sərxan Kərəmoğlu verilişinə gələn Aysel Əlizadəni qucağına aldığı səhnəni internetdə özü yayıb. O, verilişinə əlidoğu gələnləri belə mükafatlandırdığını deyib.

Zülfiyyə Qurbanova
BAKU.WS