VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyənin məşhur müğənnisi Mustafa Sandal BP şirkətinə qarşı qaldırdığı təzminat iddiasının miqdarını artırıb.


BAKU.WS Türkiyə KİV-nə istinadən xəbər verir ki, əvvəlcə müğənni 65 min türk lirəsi tələb etsə də, indi məbləğ 3 milyona qaldırılıb. BP isə məhkəmədə qarşı tərəfin iddialarının rəddini tələb edib.

Nəzərinizə çatdıraq ki, Sandalın belə addım atmasının səbəbi 31dekabr 2016-cı ildə bitən reklam müqaviləsindən sonra şəkillərinin şirkət tərəfindən icazəsiz istifadə edilməsidir. O, şirkətlə bağladığı 4 illik müqavilənin nəticəsində 5 milyon 450 min lirə məbləğində pul qazanıb. BP isə müqavilə müddəti bitdikdən sonra müğənninin fotolarından yanacaqdoldurma məntəqələrindəki afişalarda istifadə edib. Hazırda məhkəmə iddianı araşdır.

Rəşad Əliyev
BAKU.WS