SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin məşhur aparıcısı və iş adamı Acun Ilıcalı özəl təyyarəsini satışa çıxarıb.


BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, 6,5 milyon dollara satışa çıxarılan təyyarəyə maraq yüksək olmayıb. 

Bunun da əsas səbəbi iş adamı Ali Ağaoğlu kirayə götürən zaman texniki problemin yaşanmasıdır. Həmin hadisədən sonra narahat olan TV rəhbəri özünə yeni təyyarə alaraq “Challenger 300”ü satışa çıxarıb.

Nəzərinizə çatdıraq ki, Acun təyyarəyyə hətta internet sistemi və oyun avadanlıqları quraşdırıb.

Rəşad Əliyev
BAKU.WS