VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əməkdar artisti Mətanət İsgəndərlinin villası sökülüb.


BAKU.WS xəbər verir ki, məşhurun Nizami küçəsi 3-də yerləşən üç mərtəbəli villası səhər saatlarında sökülüb. 

Həmin ərazidə digər yaşayış obyektin inşası ilə əlaqədər əməkdar artistin evi sökülüb.

Mətanət İsgəndərli həmin mövzu ilə bağlı açıqlamasını almaq istəsək də, özünü onun yaxını kimi qələmə verən xanımın sərt reaksiyası ilə qarşılaşdıq. "Bizim çox işlərimiz və bayramla bağlı çəkilişlərimiz var. Belə məsələlərə aydınlıq gətirməyə isə bizim vaxtımız zamanımız yoxdur" deyə söylədi.

Rəşad Əliyev
BAKU.WS