SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin qalmaqallı və cazibədar müğənnisi Hadisə hərəkətləri və geyimi ilə gündəmi zəbt edib.

BAKU.WS Türkiyə mediasına istinadən məlumatına görə, ifaçı səhnəyə bu dəfə tam fərqli bir formada bikini geyimində çıxıb. 6 rəqqasla birlikdə səhnədə tufan qoparan Hadisə iki saat boyunca üç fərqli libas geyinib.

Məşhurun ehtiraslı və cazibədar rəqsləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Kimi onun geyimini və rəqslərini qınayıb, kimi də çəki alıb, kökəldiyini üzünə vurub. 

“Sıfır Tolerans” klipindəki açıq-saçıq səhnələrdən sonra RTÜK tərəfindən cəzalandırılan müğənni “Farkımız var” klipində gödəkçə ilə kamera qarşısına keçmşdi. Sənətçi bununla bağlı belə açıqlama verib:

“İstədiyim kimi klip çəkdik. Məni heç nə qorxutmaz. İstədiyimi edərəm. Azad müğənniyəm. RTÜK cəza verirsə də, versin. Bu mövzuda qadınlara daha çox təxyiq edilir. Kişi sənətçilərin öpüşlü, sevişməli səhnələri daha çoxdur. Qadının isə rəqsi, saçı, makiyajı, vücudu daha çox müzakirə edilir”. 

Hadisənin səhnədəki ehtiraslı görüntülərini sizə təqdim edirik :

Rəşad Əliyev
BAKU.WS