SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış müğənnilər Sevil və Sevinc Səfərova bacıları uzun müddətdir küsülü olduqları Damla ilə görüntüləri yayılıb.

BAKU.WS xəbərinə görə, onların birlikdə hava limanında çəkilən videosu instagramda paylaşılıb. Görüntünü isə bacılardan biri lentə alıb. Onların eyni masa arxasında mehriban oturması gözdən qaçmayıb.

Müğənnilər Moskvaya toy mərasiminə birlikdə yola düşüblər.

Sevil və Sevinc maqazin verlişlərin birində Damla ilə savaşıb, onun haqda qalmaqallı açıqlamalar vermişdirlər. Onlar hətta Damlanı “Xəzər TV”də bir vaxtlar aparıcısı olduqları “Hər şey daxil” verilişinə də dəvət etməkdən imtina edirdilər. Hətta əkiz bacılar Damla ilə proqramlarda, konsertlərdə eyni səhnəni paylaşmaqdan belə dəfələrlə boyun qaçırdırdılar. 

Rəşad Əliyev
BAKU.WS