VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Billionaire Lounge" klubunda "Miss & Mister Grand Azerbaijan" gözəllik müsabiqəsinin kastinqi keçirilib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, seçmə turunda 16-27 yaş arasında model görünüşlü oğlanlar və qızlar iştirak ediblər. Qızlar üçün əsas tələb boyun 1 metr 70 sm-dən, oğlanlar üçün isə 1 metr 80 sm-dən hündür olması olub.

Kastinqdə 100-dən artıq namizəd iştirak edib. Müsabiqədə iştirak etmək istəyən oğlanların sayı qızlardan çox olub.

Xatırladaq ki, müsabiqədə yalnız daha öncə heç bir titul qazanmamış yeni başlayan modellər iştirak edə bilərlər.

Müsabiqə öz fəaliyyətində yeni imkanlar, möhtəşəm performans, mövcud potensialın inkişafı və şaxələndirilməsi, milli və mənəvi dəyərlərimiz və ən əsası beynəlxalq standartlar çərçivəsində öz fəaliyyətini təmin edəcək. "Miss & Mister Grand Azerbaijan" altı ay müddətində fəaliyyət göstərəcək və bu fəaliyyət müddəti rəsmi açılış, dəb həftələri və nümayişlər, yarım final, maarifləndirici seminarlar, əyləncəli turlar, reklam və praktik çəkilişlərdən və ən əsası Final mərhələsindən ibarət olacaq.

BAKU.WS