SİZİN REKLAM BURADA!
055 213 76 73



“ATV Maqazin onlarla” verilişinin “Hit parad” rubrikasının qonağı efirlərdə gec-gec görsənən müğənni Elnarə Xəlilova olub. Sənətçi şou əhlini qıcıqlandıracaq bir addım atıb. O verlişə başına tac qoyaraq çıxıb.

Bu addımını isə məşhur xanım belə izah edib : “Üç taclı primadonna... Bundan sonra məni belə təqdim edin. Daha tacsız heç yana çıxmayacağam. Kimin kor qızından əskiyəm ki…Mən bu tac məsələsini yüngülləşdirmək üçün bunu edirəm. Çünki bu xəmir hələ çox su apara bilər. Mənim də tac taxmağım, özümə əda, işvə-naz etməyim çox su apara bilər. Əslində Nazpəri xanımın təklənməməyini istəyirəm, ona dəstək oluram. İnanıram ki, məndən sonra da bu tacı taxanlar çox olacaq. İstəyirəm tac məsələsinə burdaca son qoyulsun. Yeganə ifaçıyam ki, İlhamə xanımın sağlığında bu tacı taxmışam. İlhamə xanım bir kəlmə də mənə söz deməyib ki, bunu niyə taxırsan? Mənim üçün sadəcə sırğa, qolbaq kimi bir aksesuardır”.

Elnarənin ikibaşlı açıqlamaları sosial şəbəkələrdə müzakirələrə və söz-söhbətə səbəb olub. Hələ bu azmış kimi Xəlilova həmkarlarını iynəliyib, onlara nota yollayıb. Daha sonra Elnarə sənət yoldaşlarının ifa etdikləri mahnılara maraqlı şərhlər verib.

BAKU.WS xəbər verir ki, sənətçi 10-cu pillədə Dilarə Kazımovanı görüb. İradə İbrahimovanı isə “Hit parad”ın qalibi elan edərək, bunları söyləyib: “Mənim üçün hər zaman nömrə bir İradə İbrahimovadır”.

Xəlilova cəsarətini toplayıb, xalq artisti Brilyant Dadaşovanı "Hit paraddan"uzaqlaşıdrıb. Sənətçi, “Sənsizliyim var” mahnısını bəyənmədiyini etiraf edib : “İnsanın kimliyi, şəxsiyyəti müzakirə olunmur. Söhbət mahnıdan gedir. Zövqümcə deyil”.

Elnarə Xəlilovanın səs-küyə səbəb olan müsahibəsini sizə təqdim edirik :

Rəşad Əliyev
BAKU.WS