SİZİN REKLAM BURADA!
055 213 76 73



Tədbirlərin birində münsiflər heyəti seçilər xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva və əməkdar artist Tünzalə Ağayeva bir masada əyləşiblər. 

BAKU.WS-in məlumatına görə, hər 3 müğənni bir masada əyləşib göz-gözə gəlsələr də, bir-birinin üzünə belə baxmayıblar. 

Uzun illərdi ki Aygün ilə Zülfiyyənin arasında soyuq küləklər əsir. İki xalq artisi baş tutan tədbirlərdə bir araya gəlsə də deyəsən barışığa imza atmaq kimi niyyətləri yoxdur.

Kazımova təkcə illərdi duz çörək kəsdiyi Xanbabayeva ilə deyil həm də əməkdar artist Tünzalə Ağayeva ilədə xoş münasibətdə deyillər. Bir neçə həftə Tünzalənin maqazin verlişlərin birində xalq artistinin ünvanına söylədiyi sərt kəlmələr, qarşı tərəfi cin atına mindirib. Bundan sonra Aygün Tünzalənin üstündə xətt çəkərək, onunla dostluğuna son qoyub.  

Nəzərinizə çatdıraq ki, ötən ay türkiyəli müğənni Ajda Pekkanın Heydər Əliyev adına sarayda baş tutan konsertində xalq artistləri Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir birinə barışıq pozları versələrdə, aralarıda buzlar əriməyib ki əriməyib.

Rəşad Əliyev
BAKU.WS