VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ARB TV-nin “Sayqa ilə bu axşam” proqramının növbəti qonağı müğənni Mətanət Əsədova olub.

Proqrama qatılan digər qonaq isə gənc müğənni Kamran Zahidli olub.

Kamran mahnı ifa etdikdən sonra bildirib ki, oxuduğumuz janr, janr deyil:

“Bu oxuduğumuz janrın Azərbaycana aidiyyatı yoxdur. Belə sənətkarların yanında oturmaq şərəfdir. Oxumaq hobbimdir. Mühafizə yaraşır mənə. Mətanət xanımın yanında cangüdən işləyərəm təmənnasız”.

Bu söhbəti eşidən Mətanət Əsədova isə gənc ifaçının qarşısına şərt qoyaraq ona təklif edib:

“Təmənnasız cangüdənim işləyəcəksən, o zaman bu gündən oxuma. Sən böyüyün, kiçiyin yerini bilirsən. Valideynlərinin əllərindən öpürəm. Mikrafon sənin əlində çox ucuzdur. Amma cangüdən kimi gəşəng görsənir”.

BAKU.WS