VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tanınmış müğənni Sevda Yahyayevaya İtalyadan 2 milyonluq film təklifi gəlib.

BAKU.WS məlumat verir ki, Danielle Lukette  adlı italyan rejissor müğənnini büdcəsi 2 milyon euro təşkil edən filmin çəkilişlərinə dəvət edib. Ərsəyə gələcək melodram janrlı filmin çəkilişləri isə İtalya və digər Avropa ölkələrində baş tutacaq. Böyük miqdarda qonarar təklif edən rejissorun təklifini müğənni qəbul etməyib. Səbəb isə çəkilişlərdə Yahyayevanın razılaşmadığı səhnələr olub. Bu haqda müğənninin prodüseri Pərviz Əsgərov məlumat verib:

"Möhtəşəm bir film olmalıdır. Rejissorun köməkçisi öncə mənimlə əlaqə saxladı. Film haqda söhbət etdik.Yüksək miqdarda qonarar təklif edildi. Lakin filmdə olan bəzi səhnələr xalqımızın mentalitetinə uyğun olmadığı üçün təklifdən imtina etdik" -  deyə prodüser bildirib.
 
BAKU.WS