SİZİN REKLAM BURADA!
055 213 76 73



Türk musiqisinin divası Ajda Pekkan Bakıda konsert verib.

BAKU.WS-in məlumatına görə, Türkiyə musiqisinin əfsanəsi Bakıya "Nargis magazine" jurnalının 5 yaşı münasibəti ilə səfər edib.

Türkiyə musiqisinin əfsanəsi ötən gün Heydər Əliyev adına Sarayda sevənləri üçün mahnılarını ifa edib. Ajda Pekkanın konsertinə çox sayda məşhurlar qatılıb. Böyük marağa səbəb olan konsertdə müğənni sevilən mahnıları ilə yanaşı Azərbaycan mahnıları da ifa edib.

Xüsusilə, "Ana" mahnısı tamaşaçıların ürəyini oxşayıb. 

Şahin
BAKU.WS