VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Müğənni Xatirə İslamın ATV-də yayımlanan “Bizimləsən” verilişindəki açıqlaması tənqidlərə məruz qalıb.

BAKU.WS-in məlumatına görə, müğənni qardaşının hərbi xidməti barədə tamaşaçılar tərəfindən bəyənilməyən açıqlama verib.

“Qardaşım cəbhə bölgəsində əsgərlikdədir. İmkan vermədi ki, kiməsə zəng vurub, yerini dəyişim, tapşırım”, - deyə Xatirə İslam bildirib.
Müğənninin bu sözlərindən sonra tamaşçıların çoxunda belə fikir formalaşıb:

“Yəni imkan versəydi dəyişəcəkdi yerini...Yəni bir müğənni bir zənglə orduda yerdəyişmə edə biləcəyini deyir canlı efirdə...”, - deyə sosial şəbəkələrdə müzakirə edilir.

Müğənni bu açıqlamasından bir neçə gün sonra instagram səhifəsində fotosunu paylaşıb.

İzləyicilər fotoda müğənnini hətta təhqir də ediblər.

İzləyicilərdən biri “Ay üzdən iraq, sənin qeyrətini çəkən lazımdır. Ağıllı ol” şərhini yazıb.

BAKU.WS